NƏYƏ GÖRƏ BİZ?

Sizin internet səhifəniz ən müassir standardlara cavab verən funksionallıqlarla və güclü təhlükəsizlik sistemi ilə təmin olunacaq.

Şirkət özünə məxsus olan CMS proqramı hazırlamış və istifadəçilərin işini dəfələrlə asanlaşdırmışdır. Bu proqram vasitəsi ilə veb səhifədə istənilən dəyişikliyi rahat formada icra etmək mümkündür.

Hal-hazırda əksər şirkət və təşkilatların qarşılaşdığı problem veb səhifədə məlumatların dəyişdirilməsi və gündəlik yeniliklərin əlavə olunmasıdır. Məhz bu problem şirkətlərin İT xərclərini artırır. Lakin bütün dünyada İT, xərcləri aşağı endirmək üçün ən effektli vasitədir. Hazırladığımız CMS proqramı qeyd olunan problemi tamamilə həll etmişdir. Belə ki, elementar kompüter biliklərinə sahib olan hər kəs veb səhifələri tam idarə edərək istənilən dəyişiklikləri həyata keçirə bilər. Proqramçı və İT mütəxəssisi olmağa ehtiyac yoxdur.

İstəklərinizi dinlədikdən sonra sizə 1000-lərlə profesional dizayn təklif olunacaq. Təqdim olunmuş dizayn çeşidlərindən Sizin istəyinizə yaxın olanı seçib üzərində dəyişikliklər və əlavə olunacaq. Bir sözlə sizi razı salmaq üçün əlimizdən gələni edəcəyik.

Artıq insanlar virtual aləmdə alış-verış etməyə can atırlar. Məhz buna görə şirkət və təşkilatlar "səbətə at" və "online ödəmə" funksionallıqlarının yaradılmasına ehtiyac duyurlar. Şirkətimiz bu funksionallığı qisa zaman çərçivəsində həyata keçirir. Xarici kart prosessinq şirkətlərinin PayPal, Checkout, Athorize.net və yerli kart prosessinq şirkətləri olan AzerCard və GoldenPay şirkətlərinin ödəmə sistemini internet səhifənizdə aktivləşdirə bilərik.

Cəmi 7 iş günü ərzində veb səhifənizi tam hazır edib təhvil-təslim aktını imzalayırıq. Təbii ki, bu prosesdə müştərilərin sürəti də önəmlidir. Məlumatlar təyin olunmuş vaxtda verilməyəndə belə veb səhifənin strukturunu hazırlayıb müştəriyə təhvil veririk. Məlumatlar hazır olduqca müştəri özü daxil edir.

Veb səhifədə istənilən dəyişiklik CMS proqramı vasitəsi ilə icra olunur. Hər dəyişikliyə görə ödəniş etməyə ehtiyac yoxdur.

Bəzən şirkətlərin məsul şəxsləri veb səhifə yaratmağı qəliz və çox bahalı bir iş kimi qəbul edirlər. Əslində onlara haqq qazandırmaq olar. Çunki Azərbaycanda sadə və elemantar veb səhifələr 30-50 gün arasında hazırlanır və ortalama qiyməti 2000-10000 AZN arasında dəyişir. Hazır olan veb səhifə isə əksər hallarda rahat idarə olunmur. Hər bir dəyişiklik və ya yenilik üçün Texniki Dəstək müqaviləsi adı altında əlavə ödənişlər həyata keçirilir. Bütün bu reallıqlar səbəbindən şirkətlərin veb səhifə yaratmaq istəyi gələcək plan kimi ildən ilə uzanır.

Təklif etdiyimiz veb səhifələr isə həm kiçik həm də iri təşkilatlar üçün nəzərdə tutulmuşdur.

Bizim həssas nöqtəmiz müştəri məmnunluğudur. Hər bir müştərinin sifarişinə öz biznesimiz kimi yanaşırıq və müştərinin istək və arzularını virtual aləmdə canlandırırıq. Məqsədimiz təkcə müştəri bazasını artırmaq deyil, əsasən mövcüd müştərilərin məmnunluğunu təmin edərək uzunmüddətli əməkdaşlığa imza atmaqdır.

Select.az   ©  2013 - 2014