Əsas Səhifə Məhsullar İşıqlandırma Çöl işıqlandırması ADPRO - İŞIQLANDIRMA QURĞULARI
Baxış: 2033

ADPRO - İŞIQLANDIRMA QURĞULARI

Mağazaya keçid:

ADPRO.az

Məhsul kodu:

2515

0.00
0.00 / Səs sayı: 0
Bölmə:

Çöl işıqlandırması

Açıqlama

Bundan əlavə şirkətimiz Avropanın küçə və böyük əraziləri üçün nəzərdə tutulan LED işıqlandırma qurğularının dizaynı və istehsalı üzrə ixtisaslaşmış aparıcı şirkətlərindən biri olan Niteko (www.niteko.com) şirkətinin  Azərbaycanda rəsmi distribyutorudur. Nitekonun təsisçiləri dünyada ilk dəfə olaraq küçələrin  yüksək gərginlikli işıq led modulları vasitəsilə işıqlandırılmasını təklif etmişlər. İstehsalat xətti tamamilə İtaliyada yerləşir.İnnovasiyalara edilən daimi investisiyalar və eksklüziv patentlər küçə və böyük ərazilərin işıqlandırılması üçün dizayn edilən güclü və dözümlü LED modulların istehsalına şərait yaradır. Niteko məhsullarının yüksək keyfiyyəti və etibarlılığı onun verdiyi ekskluziv zəmanət ilə təsdiq olunur (100.000 saat və ya 20 il). Peşəkarlıqla yerinə yetirilmiş işıqlanma hesabatı optimal işıq həllini təklif etməyə imkan verir ki, bu da komfortlu və təhlükəsiz mühitin yaradılmasına şərait yaradır. Göstərilən nəticələrin mümkünlüyü küçə, idman və memarlıq işıqlanma texnikası sahəsində ən çətin məqsədləri həll edə bilən və peşəkarlar ştatına mailk olan işıq texnikası layihələndirilməsi Departamentinin səyləri nəticəsində mümkün olur.
Niteko işıqlanma vasitələri öz etibarlılığı ilə fərqlənir və stabil olmayan gərginlikdən qorunmaq üçün eksklüziv müdafiə texnologiyasına malik
Advanced EOS Protection System və VOC FREE sistemini tətbiq etdiyi üçün qurğuların sıradan çıxmasına görə öz rəqibləri ilə müqayisədə ən aşağı faizə malikdir (ildə 0,2%-dən aşağı)