Fasad örtükləri
Armadil Group Azərbaycanda dam örtükləri və fasad sistemləri sahəsində ən yüksək peşəkarlığa sahib şirkətdir.
15 il öncə fəaliyyətə başlayarkən peşəkarlığı əsas fəaliyyət prinsipimiz olaraq seçdik. Bütün işlərimizdə bu prinsipi rəhbər tutduq, dam örtüklərinin quraşdırılması, divarların (fasadların) üzlənməsi sahəsində böyük təcrübə topladıq, böyüdük və inkişaf etdik. Avropanın aparıcı sənaye konserni, mis və mis ərintiləri məhsullarının istehsalçısı olan KME GROUP-un Azərbaycanda rəsmi distribyutoru olduq. Armadil Group-un öz dəst-xətti var. Hər bir işimizdə görünən bu dəst-xətti bizim təcrübəli, peşəkar və yüksək yaratma eşqinə malik komandamızın əməyidir.
Uzun illər boyu bu sahə üzrə böyük təcrübə toplayan əməkdaşlarımızın hər biri Almaniyada KME GROUP zavodunda təcrübə keçmiş insanlardır. Alman tərəfdaşlarımız Armadil Group olaraq Bakıda gördüyümüz işləri yüksək qiymətləndirir, bəzi məqamlarda bizim tövsiyələrimizdən də faydalanırlar. Fikirlərimizi Almaniyada yaratdıqları memarlıq nümunələrində də tətbiq edirlər.
Biz klassik, modern və milli üslubda dam örtükləri, fasad sistemlərinin təchizatı və quraşdırılası işində Avropa və ən qabaqcıl dünya təcrübəsini Azərbaycana gətirən şirkətik. Bizim əməkdaşlarımız fasad və dam örtükləri sistemlərinin quraşdırıması işində ölkəmizdə ən yüksək peşəkarlığa sahib insanlardır. Müştəri məmnuniyəti, kefiyyət və gözəllik bizim işimizin seçilən tərəfləridir. Bizə etibar olunan işin ən yüksək səviyyədə həyata keçirilməsi və müştərinin hər zaman məmnun qalması bizim peşəkar amalımızdır.
Avropanın sənaye nəhəngləri KME GROUP, RHEINZINK və PREFA, alüminium sənayesi üzrə dünya lideri ALCOA kimi şirkətlərlər bizim beynəlxalq tərəfdaşlarımızdır. Onlarla məkdaşlığımız sayəsində binaların eksteryeri üçün unikal və operativ memarlıq həlləri təklif edirik. Güclü maddi-texniki baza və böyük təcrübə bizə hər cür mürəkkəb konstruksiyaları istehsal etmək və quraşdırmaq imkanı verir. Həm müştərilərimizin, həm də tərəfdaşlarımızın bizə olan etibarı bizi daha da məsuliyyətli olmağa, daim inkişaf etməyə sövq edir. Biz durmadan inkişaf edir, yenilikləri və ən müasir texnologiyaları işimizdə tətbiq edirik. Elmin, texnikanın əmn müasir yeniliklərini işimizdə tətbiq etməyimiz yüksək keyfiyyətli işimizin qarantıdır.
Məhsullarımız
Bizim təklif etdiyimiz məhsullar keyfiyyətə və gözəlliyə dəyər verən insanlar üçündür. Materiallar və rəng seçimi olduqca zəngindir. Bunlar arasında mis, alüminium, titan- sink və ən yüksək keyfiyyət standartlarına cavab verən digər tikinti materiallarını göstərmək olar. Təklif etdiyimiz məhsullar Almaniya, Avstriya, Türkiyə, İtaliya, Rusiya, Fransa kimi ölkələrdə istehsal olunur və ən qabaqcıl dünya standartlarına uyğundur. Geniş seçim imkanı heç bir məhdudiyyət qoyulmadan təqdim olunan memarlıq ideyalarını həyata keçirməyə imkanı verir.
Aşağıdakı məhsulları təklif edirik:
Mis dam örtükləri;
Mis fasad sistemləri;
Alüminium dam örtükləri;
Alüminium fasad sistemləri;
Titan-sink dam örtükləri;
Sinklənmiş poladdan dam örtükləri;
Metal-kirəmit dam örtükləri