Əsas Səhifə PROFİL Glass House LLC
Mağaza
  • Telefonlar: (+994 12) 514 8686, (+994 12) 514 9877, (+994 412) 514 9895 Faks: (+994 12) 514 9898

  • office@glasshouse.az

Azərbaycan Respublikası, Bakı şəhəri, Narimanov rayonu, X.Ulutürk küçəsi 137C, AZ1029


2000-ci ildən dünyanın müxtəlif ölkələrinin tanınmış şüşə və güzgü istehsalçılarının məhsullarının idxalı ilə fəaliyyətə başlayan”Glass House” MMC Azərbaycanın inşaat bazarının şüşə sektorunda addım atan ilk şirkətlərdəndir. 2005-ci ildə ilk istehsalını satin (mat) və dekorativ şüşələrin hazırlanması ilə başlamışdır. 2007-ci ildə tikinti və arxitekturada şüşə emalına olan tələbatı nəzərə alaraq, Finlandiyanın “Glaston Finland” və İtaliyanın “Glaston İtalia” şirkətindən beynəlxalq standartlara tam cavab verən yüksək keyfiyyətli temper xəttini və müxtəlif çeşidli digər avadanlıqları əldə edərək müştərilərinə yeni məhsullar təqdim etdi. 2010-cu ildə “Glass House” Azərbaycanda analoqu olmayan, dünya üzrə məşhur İtaliyanın “Bovone” və “Maroso” şirkətlərinin istehsalı olan laminat şüşə xəttini quraşdıraraq çoxlaylı laminat şüşələrin istehsalına başladı. 2011-ci ildə isə Almaniyanın “Bystronic-Lenhard” şirkətinin müxtəlif növ çoxfunksiyalı şüşəpaketlər istehsal edən tam avtomatik paketləmə xətti istismara verildi.