0.00 / Səs sayı: 0
Sahəsi: Darvaza-qapı sistemləri
Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, Bakı/Azərbaycan
SF-SR GROUP MMC 2015-ci ildə İngiltərədə təsis olunmuşdur. 2018-ci ilin may ayından etibarən eyniadlı şirkət Azərbaycanda fəaliyyətə başlamışdır. Şirkət yanğına davamlı qapılar (taxta/polad), mənzil giriş qapıları (seyf qapılar) və otaq qapıları (taxta qapılar) və darvazalar da daxil olmaqla müxtəlif qapı növlərinin istehsalı ilə məşğul olur. Bundan əlavə 3D CNC aparatından istifadə etməklə SF-SR GROUP müştərilərin təxəyyülünə və gözləntilərinə uyğun 3D ornament nümunələri istehsal edir. SF-SR GROUP müştərilərini geniş çesiddə sabit mebel və taxta üzləmə örnəkləri ilə də təmin edir. Bu nümunələr interyer dizayn, yaşayış binaları və kommersiya binalarına təbii və ecaskar görünüş bəxş edir. Zamanla cəmiyyətdə qapının rolu artmış və təhlükəsizlik sisteminin əsas komponentinə çevrilmişdir. Bu səbəbdən, SF-SR GROUP təhlükəsizliyi şirkətin önəmli kriteriyası kimi qiymətləndirir. İstehsal etdiyimiz bütün qapılar ISO 9001:2015 standartlarına cavab verir və 10 illik qarantiyası vardır. Qısa zaman fasiləsində, uyğun qiymətə, yüksək keyfiyyətli və etibarlı məhsullar istehsal edən və təkmilləşdirən ixtisaslı işçi heyəti sayəsində yarandığı ilk gündən SF-SR GROUP rəqiblərindən seçilməyi bacarmışdır. Müştəri məmnuniyyətini təmin etmək üçün öz səylərini və sərmayəsini daim artırır, bazarın trendlərinə və ehtiyaclarına uyğun məhsullar istehsal edir.